Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-pri turnirinə start verilib.”Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində təmsil olunan cüdoçusu Yaşar Nəcəfov (66 kq) yarışda uğurla çıxış edib. O, ardıcıl olaraq Ramazan Kodzhakova (Bəhreyn), Çarli Yanqa (Böyük Britaniya) və Yanislav Gerçevə (Bolqarıstan) qalib gələrək finala vəsiqə qazanıb. İdmançımız qızıl medal uğrunda görüşdə italiyalı Matteo Pirasla qarşılaşıb. Bu rəqibini də məğlubiyyə uğradan Yaşar Nəcəfov Qran-pri turnirinin qalibi olub.Qeyd edək ki, 3 gün davam edəcək yarışda 69 ölkədən 500-dən çox idmançı medallar uğrunda mübarizə aparır.