Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-pri turniri sona yetib.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan təmsilçisi Uşanqi Kokauri bu gün (+100 kq) bürünc medal görüşünə çıxıb. Cüdoçumuz gürcüstanlı rəqibi Gela Zaalişvilini məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.Xatırladaq ki, daha  əvvəl klubumuzun digər yetirməsi Yaşar Nəcəfov (66 kq) 69 ölkədən 500-dən çox idmançının qatıldığı turnirin qızıl medalına sahib olub.