Güllə atıcılığı üzrə keçirilən Bakı şəhər kuboku sona çatıb. Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda klubumuzun  idmançıları da mübarizə aparıblar. Təmsilçilərimizdən Elvin Astanov kişilər arasında pnevmatik tapançadan (PTÇ-3) 10 metr məsafəyə atəşaçma yarışında 568 xal toplayaraq bürünc medala layiq görülüb. Kiçik çaplı tapançadan çalışmalarda (KÇTÇ-4) İmran Qarayev (531 xal) ikinci, Elvin Astanov (518 xal) isə üçüncü yeri tutub.Qarışıq komanda yarışında 10 metr məsafəyə atəşaçmada isə  (PTÇ-3M) Leyli Əliyeva-İmran Qarayev cütlüyü 551 xalla bürünc medal qazanıb.