Bu gün 2010-2011-ci illər təvəllüdlü futbolçular arasında “Neftçi İdman Klubu”nun seleksiya xarakterli açıq birinciliyinə start verilib. Suraxanı rayonundakı Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçirilən turnirdə altı komanda mübarizə aparır. Dairəvi sistem üzrə keçirilən yarış avqustun 12-dək davam edəcək.Qeyd edək ki, qalib və mükafatçı komandalara “Neftçi İdman Klubu” tərəfindən kubok, diplom, medal və xatirə hədiyyələri təqdim olunacaq.