Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir.”Neftçi İdman Klubu”nun daha bir  yetirməsi mötəbər yarışın mükafatına layiq görülüb. Qılıncoynadanımız Səbinə Kərimova İslamiadanı bürünc medalla başa vurub.Qeyd edək ki, bu, klubumuzun təmsilçilərinin nüfuzlu yarışda qazandıqları səkkizinci medaldır. Belə ki, turnirin əvvəlki günlərində  klubumuzun sərbəst güləşçilərindən Hacı Əliyev və Turan Bayramov İslamiadanın qalibi olublar. Yunan-Roma güləşçilərimizdən  Eldəniz Əzizliylə Həsrət Cəfərov qızıl, Ülvü Qənizadə, Murad Məmmədov və Sənan Süleymanov isə gümüş medal qazanıblar.