“Neftçi İdman Klubu”nun Azərbaycan millisinin  heyətində təmsil olunan sərbəst güləşçisi Zirəddin Bayramov  Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya birinciliyində inamla çıxış edərək finala yüksəlib. Altmış beş kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici qarşılaşmada özbəkistanlı Umidcan Cəlalovla  üz-üzə gəlib. Zirəddin Bayramov ikinci hissədə 1:5 hesabı ilə geridə ikən çiynindən zədələnib. Nəticədə o, mundialın gümüş medalına layiq görülüb.