“Neftçi İdman Klubu”nun daha bir təmsilçisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mükafata layiq görülüb. Altmış kiloqram çəki dərəcəsində çıxış edən kikboksçumuz Ramiz Məmmədov nüfuzlu yarışın bürünc medalına sahib olub.Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.