“Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə keçirilən 20 sentyabr – Neftçilər gününə həsr olunmuş SOCAR-2022 mini-futbol turniri davam edir.Bu gün ikinci turun oyunlarına start verilib. Neft, qaz və kimya sənayesinin işçiləri arasında təşkil olunan yarış 13 avqust – 19 sentyabr tarixlərində hər həftənin şənbə və bazar günləri olmaqla (14 sentyabrda çərşənbə günü yarımfinal oyunları  və 19 sentyabrda bazar ertəsi günü final oyunu istisna olmaqla) saat 10:00-dan etibarən Bakı Olimpiya Stadionunun örtülü meydançalarında keçirilir.İkinci turun ilk günündə keçirilən qarşılaşmalarda  aşağıdakı nəticələr qeydə alınıb:”Neftqaztikinti” Tresti – Geofizika və Geologiya İdarəsi – 1:2Bakı Gəmiqayırma Zavodu – “Azərkimya” İB – 2:2SOCAR Apstrim – Kompleks Qazma İşləri Tresti – 1:3SOCAR Midstrim –  Karbamid Zavodu – 1:10Marketinq və İqtisadi Əməliyyat İdarəsi – Təhlükəsizlik İdarəsi – 1:9Nəqliyyat İdarəsi –  SOCAR Dounstrim – 0:2SOCAR Baş ofis –  Bakı Ali Neft Məktəbi – 4:2Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi –  “Neftqazelmitədqiqatlayihə” İnstitutu – 3:0