Bolqarıstanın paytaxtı Sofiyada keçirilən iyirmi yaşadək güləşçilər arasında (U-20) dünya birinciliyi davam edir.”Neftçi İdman Klubu”nun milli komandamızın heyətində təmsil olunan  yunan-Roma güləşçisi Nihad Quluzadə mundialda inamla çıxış edərək  böyük uğura imza atıb. Əlli beş kiloqram çəki dərəcəsində mübarizə aparan pəhləvanımız yarımfinalda  ermənistanlı Karapet Manvelyanı məğlub edib və finala vəsiqə qazanıb. Nihad Quluzadə həlledici qarşılaşmada rumıniyalı Denis Florin Mihayla üz-üzə gəlib. Rəqibi üzərində qələbə qazanan güləşçimiz dünya çempionu tituluna sahib olub.Xatırladaq ki, daha əvvəl klubumuzun sərbəst güləşçisi Zirəddin Bayramov (65 kq) mötəbər yarışın gümüş medalına layiq görülüb.