“Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə keçirilən 20 sentyabr – Neftçilər gününə həsr olunmuş SOCAR-2022 mini-futbol turniri davam edir. Neft, qaz və kimya sənayesinin işçiləri arasında təşkil olunan yarışda ikinci turun bütün qalibləri müəyyənləşib.Qeyd edək ki, Bakı Olimpiya Stadionunun örtülü meydançalarında keçirilən turnirdə iştirak edən 32 komanda hər qrupda 4-ü olmaqla 8 qrupda mübarizə aparır. Qrup mərhələsində birinci və ikinci yeri tutmuş komandalar səkkizdəbir finala vəsiqə qazanacaqlar.İkinci turun son gününə aşağıdakı nəticələrlə yekun vurulub:Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsi – EKOL – 3:5SOCAR KBR – İnformasiya Texnologiyaları və Rabitə İdarəsi – 5:0SOCAR AQŞ – Sosial İnkişaf İdarəsi – 16:2″Azneft” İB – “Qaz İxrac” İdarəsi – 2:2SOCAR Fuqo – SOCAR Polimer – 1:6SOCAR Dalğıc – Metanol Zavodu – 1:3″BOS Şelf” – “Azəriqaz” İB – 3:3Neft Kəmərləri İdarəsi – UBOC – 1:1