Bolqarıstanın paytaxtı Sofiyada keçirilən iyirmi yaşadək güləşçilər (U-20) arasında dünya birinciliyi sona yetib.”Neftçi İdman Klubu”nun təmsilçiləri mötəbər yarışda əzmkarlıq nümayiş etdirərək böyük uğura imza atıblar.Belə ki, yunan-Roma güləşçilərimizdən 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Nihad Quluzadə və Kənan Abdullazadə (67 kq) bütün görüşləri qələbə ilə başa vuraraq dünya çempionu tituluna sahib olublar.  Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb.Klubumuzun sərbəst güləşçisi Zirəddin Bayramov (65 kq) isə dünya birinciliyinin gümüş medalına layiq görülüb.