“Neftçi İdman Klubu”nun cüdoçusu Aydan Vəliyeva Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmələr arasında dünya birinciliyində mükafata layiq görülüb. Qırx səkkiz kiloqram çəki dərəcəsində mübarizə aparan xanım idmançımız üçüncü yer uğrunda görüşdə macarıstanlı Luka Veq ilə üz-üzə gəlib. Aydan Vəliyeva rəqibini məğlubiyyətə uğradaraq dünya birinciliyinin bürünc medalına sahib olub.