ADCC Grapling təşkilatının Türkiyənin İstanbul şəhərində keçirdiyi qraplinq idman növü üzrə “İstanbul Open” turnirinə yekun vurulub.”Neftçi İdman Klubu”nun təmsilçisi Fərhad Bağırov yarışda inamla mübarizə apararaq mükafatçılar arasında yer alıb. Altmış kiloqram çəki dərəcəsində çıxış edən idmançımız bütün rəqiblərini məğlub edərək turnirin qızıl medalına sahib olub.