Futbol üzrə Azərbaycan I Divizionunda III turun oyunları keçirilib.”Qaradağ Lökbatan” komandası bu tur çərçivəsində “Zaqatala” ilə üz-üzə gəlib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirilən qarşılaşmada komandamız rəqibinə 5:1 hesabı ilə qalib gəlib. “Qaradağ Lökbatan”ın heytində Elnur Cəfərov (3′, 44′), Ceyhun Muxtarlı (17′),  Raul Məmmədov (33′) və Sərxan Abdullayev (90+3′) fərqləniblər. Rəqibin vurduğu yeganə cavab qoluna isə Nazim Bağırov (90′) imza atıb.