Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında böyük uğura imza atıb. Belə ki, mundialda  9 idmançı ilə təmsil olunan yığmamız yekunda 118 xalla komanda hesabında ikinci yeri tutub. Türkiyə millisi 125 xalla bütün rəqiblərini qabaqlayıb. Meydan sahibləri isə 110 xalla üçüncü olublar.Qeyd edək ki, yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) isə bürünc medal qazanıblar. Qürurverici haldır ki, dünya çempionatında mükafata layiq görülmüş beş pəhləvanın hamısı “Neftçi İdman Klubu”nun təmsilçiləridi.