“Neftçi İdman Klubu”nun iki  cüdoçusu Avropa çempionatının medalına sahib olub.İdmançılarımızdan Vüqar Talıbov Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən qitə birinciliyində qızıl medal qazanıb. Doxsan kiloqram  çəki dərəcəsində mübarizə aparan   Vüqar Talıbov finalda ukraynalı İvan Kutenkova ipponla qalib gəlib. Digər cüdoçumuz İsmayıl Zamanov  isə eyni çəkidə bürünc medal qazanıb. O, üçüncü yer uğrunda görüşdə macarıstanlı Peter Safranini üstələməyi bacarıb. İdmançımız  rəqibinə qızıl xal bölümündə qalib gəlib.