Serbiyanın Novi Sad şəhərində yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən sambo üzrə Avropa çempionatı sona yetib.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan təmsilçiləri əzmlə mübarizə apararaq mötəbər yarışın iki medalına sahib olublar.Gənclər arasında keçirilən yarışda Məhəmməd Məmmədzadə (+98 kq) inamla çıxış edərək finala qədər irəliləyib. Yalnız həlledici qarşılaşmada məğlub olan idmançımız qitə çempionatının gümüş medalını qazanıb. Qeyd edək ki, Məhəmməd Məmmədzadə prinsipial yarımfinal görüşündə erməni  rəqibinə qalib gələrək finala yüksəlib.Səksən səkkiz kiloqram çəki dərəcəsində mübarizə aparan Ceyhun Hüseynov isə böyüklər arasında təşkil olunan yarışda eyni uğura imza atıb və çempionatın gümüş medalına layiq görülüb.