Futbol üzrə Azərbaycan I Divizionunda V tura yekun vurulub.Bu turda “Qaradağ Lökbatan” komandası “İmişli”ni qəbul edib.  Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan oyun  komandamızın 4: 0 hesablı qələbəsi ilə sona çatıb. “Qaradağ Lökbatan”ın heyətində Elnur Cəfərov het-trik edib (16′, 50′, 75′). Dördüncü qola isə  87-ci dəqiqədə Rəvan Abasov imza atıb.