“Neftçi İdman Klubu”nun cüdoçuları Sloveniyanın Sele şəhərində keçirilən Avropa kuboku yarışında 3 medala (2 gümüş, 1 bürünc) sahib olublar. İdmançılarımızdan 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Kənan İsmayılov və Nəriman Mirzəyev (73 kq) yalnız həlledici final qarşılaşmasında məğlub olublar və turnirin gümüş medalına yiyələniblər. Ruslan Paşayev (66 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.Qeyd edək ki, iki gün davam edən yarışda 23 ölkədən 250 cüdoçu qalib adı uğrunda mübarizə aparıb.