Türkiyənin Bursa vilayətinin İznik rayonunda “Ənənələrdən gələcəyə birlikdəyik!” şüarı altında keçirilən IV Dünya Köçəri Oyunlarına yekun vurulub.”Neftçi İdman Klubu”nun Azərbaycan komandasının heyətində yer alan təmsilçiləri bu oyunlarda əzmlə mübarizə aparıblar və 5 (4 qızıl, 1 gümüş) medal əldə ediblər.İdmançılarımızdan Camal Feyziyev koreş güləşi yarışında mutləq cəkidə qızıl medala yiyələnib. Əbulfəz Nəsirov (70 kq) pəhləvan güləşi, Emil Həsənov (80 kq) Qazax güləşi, Aslan Mirzəyev (+90 kq) isə aba güləşi yarışında eyni uğuru təkrarlayıb. Digər təmsilçimiz Ceyhun Hüseynov (99 kq) isə aba güləşi yarışında gümüş medala layiq görülüb.Qeyd edək ki, dörd gün davam edən yarışda 13 idman növü üzrə 102 ölkədən 3 mindən çox idmançı medallar uğrunda mübarizə aparıb.