“Neftçi İdman Klubu» idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov qurumun yeni yaranmış basketbol komandasının üzvləri ilə görüşüb. Öncə komandaya müxtəlif ölkələrdən yeni transfer olunmuş oyunçularla  müqavilə imzalanıb. Ardınca klub rəhbəri idmançılarla komanda ətrafında müxtəlif məsələlər barədə xeyli müzakirə aparıb və onlara  Azərbaycan Basketbol Liqasında uğurlar diləyib.Basketbolçular onlara göstərilən etimada görə klub rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, onlara bəslənən ümidi doğrultmaq və komandaya uğur qazandırmaq üçün bütün gücləri ilə çalışacaqlarını söyləyiblər.Qeyd edək ki, basketbol komandamız artıq startı verilmiş XXVIII Azərbaycan çempionatında (ABL) mübarizə aparacaq. Oktyabrın 15-də  “Sərhədçi” İdman Mərkəzində keçiriləcək ilk turun növbəti oyunları çərçivəsində  təmsilçimiz “AAAF Xırdalan”la üz-üzə gələcək.