Futzal üzrə Yüksək Liqada  III turun oyunlarına yekun vurulub.”Neftçi İdman Klubu” bu turda “U-19” komandasını sınağa çəkib. Bakı İdman Sarayında keçirilən matç təmsilçimizin 11-1 hesablı qələbəsi ilə başa çatıb. Futzalçılarımızdan Əjdər Əjdərov (1:59, 39:23), Ülvi Əliyev (3:51, 30:24), Rüstəm Bağırov (10:49), Hasan Ali Jafari  (12:55), Anar Məmmədov (18:01), Rüfət Balakişiyev, (30:45, 36:00) və  Məhəmməd Abbasov (32:06, 39:44) rəqib qapısına yol tapıb.