Basketbol üzrə  XXVIII Azərbaycan çempionatında (ABL)  ilk turun oyunları keçirilir.”Sərhədçi” İdman Mərkəzində təşkil olunan qarşılaşmalarda  “Neftçi İdman Klubu” Azərbaycan Basketbol Liqasının ən güclülərindən sayılan  “AAAF Xırdalan” komandası ilə üz-üzə gəldi. Çox maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən görüşdə təmsilçimiz daha üstün oyun sərgilədi və güclü rəqibi üzərində 80:77 hesabı ilə qələbə qazandı.