Hövsan Olimpiya İdman
Kompleksində MMA idman növü üzrə açıq Bakı kuboku keçirilib. Yarışda 26
komandanın tərkibində 200-dən çox idmançı qüvvəsini sınayıb.”Neftçi İdman
Klubu”nun təmsilçiləri paytaxt yarışının 5 medalına sahib olublar. Böyüklər
arasında Orxan Əlizadə (92 kq) və Mukayat Pirqaibov (+100 kq) bütün döyüşləri qələbə
ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ruslan Quliyev
(62 kq) isə yarışı 3-cü sırada tamamlayıb. Gənclərin yarışında Mənsud Maharəndi
(45 kq) qızıl medala yiyələnib. Yeniyetmələrimizdən isə
Nihad Abdullayev (32 kq) bürünc medala layiq görülüb.