Birinci Divizionda
VII turun oyunlarına yekun vurulub.Liderlərin yaxın izləyicilərindən
olan “Qaradağ Lökbatan” komandası bu tur çərçivəsində “Şərurspor”un qonağı
olub. “Bayıl Arena”da keçirilən oyun turun ən maraqlı və bolqollu
qarşılaşmalarından biri olub. Komandamız ötən turda olduğu kimi, bu dəfə də 3
xalı 3 qolla qazanıb. Matçın birinci hissəsində rəqib üstünlüyü ələ alıb və nəticədə
ilk yarının sonuna bir dəqiqə qalmış hesabı aça bilib. Fasilədən sonra “Qaradağ
Lökbatan”ın baş məşqçisi Əfqan Talıbovun düzgün və vaxtında etdiyi əvəzetmələr
özünü doğruldub. Belə ki, Rüfət Məmmədovla Cavid Muxtarzadənin meydana daxil
olmasından sonra komandamız oyuna nəzarəti ələ alıb və ikinci hissədə rəqibi üç
dəfə cəzalandırıb. 58-ci dəqiqədə Abdulla Zilpukarov hesaba tarazlıq gətirib. Cəmi
iki dəqiqə sonra isə Rüfət Məmmədov fərqlənib. Maraqlı burasıdır ki, əsas vaxta
əlavə olunmuş dəqiqələrdə daha iki qol qeydə alınıb. Əvvəlcə futbolçumuz Rüfət
Məmmədov özünün 2-ci, komandasının 3-cü qolunu vurub (90+2) – 3:1. Sonra isə “Şərurspor”lu
Rəhman Musayev vurduğu təsəlli qolu (90+4) ilə yalnız hesab arasındakı fərqi
azalda bilib – 3:2.Bununla da
komandamız qazandığı xalların sayını 16-ya çatdırıb və turnir cədvəlindəki
mövqeyini bir qədər də möhkəmləndirib.Qeyd edək ki,
“Qaradağ Lökbatan” noyabrın 5-dəturnir cədvəlinin şəriksiz
lideri olan “Neftçala” komandasını qəbul edəcək.