Sambo güləşi üzrə açıq Bakı çempionatı sona çatıb.”Neftçi İdman Klubu”nun təmsilçiləri yarışda uğurla çıxış ediblər. Belə ki, samboçularımız paytaxt çempionatının 4 qızıl, 2 gümüş və 1 bürünc medalını qazanaraq, ümumkomanda hesabında birinci yeri tutublar.İdmançılarımızdan Tural Allahverdiyev (71 kq), Hacalı Qasımov (79 kq), Adil Adilzadə (88 kq) və Məhəmməd Məmmədzadə (+100 kq) bütün rəqibləri üzərində qələbə qazanıblar və fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız həlledici final görüşündə məğlubiyyət acısı yaşayan Elsevər Verdiyev (64 kq) və Elşad Salmanov (+100 kq) ikinci, Məhəmməd Əlili (98 kq) isə üçüncü pillədə qərarlaşıb.