Yeniyetmə boksçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. Respublika Boks Mərkəzində təşkil olunan yarışda 66 komandanın heyətində 326 idmançı 15 çəki dərəcəsi üzrə mübarizə aparıb.”Neftçi İdman Klubu”nun yetirmələrindən İlkin Məmmədli (+80 kq) bütün döyüşlərdən qalib ayrılıb və Azərbaycan çempionu adını qazanıb. Cəfər Cəfərov (70 kq) və Ruslan Bayramov (+80 kq) gümüş, Ramazan Şıxıyev (75 kq) isə bürünc medala layiq görülüb.Qeyd edək ki, birincilikdə klubumuzun boksçuları komanda hesabında üçüncü yeri tutublar.