“Neftçi” Peşəkar Futbol Klubunun  Müşahidə Şurasının tərkibində dəyişikliklər olub. Əvvəlki Müşahidə Şurasının sədri Çingiz Abdullayevi SOCAR prezidenti Rövşən Nəcəf əvəzləyib.Həmçinin, Elm və Təhsil naziri Emin Əmrullayev, Orxan Sultanov, Elnarə Məmmədova və Hafiz Zeynalov Müşahidə Şurasına yeni üzv seçiliblər.Əvvəlki heyətdən isə  Zaur Qəhrəmanov və  Səməd Qurbanov öz vəzifələrində qalıblar.Müşahidə Şurasının əvvəlki üzvləri Cəbrayıl Cəbrayılov, Fərhad Bədəlbəyli və Mehdi Nəcəfov isə klubdan ayrılıblar.”Neftçi İdman Klubu” adından Müşahidə Şurasının sədri Rövşən Nəcəfi və qurumun yeni üzvlərini səmimi-qəlbdən təbrik edir, onlara gələləcək fəaliyyətlərində uğurlar diləyirik!