Bu gün futzal üzrə Yüksək Liqada IX turun oyunları keçirilib.”Olimpik Star”da təşkil olunan turun mərkəzi oyununda “Neftçi İdman Klubu” lider “Araz Naxçıvan”la  üz-üzə gəlib. Əvvəldən axıra qədər gərgin mübarizə şəraitində keçən matç 2:2 hesablı bərabərliklə sona yetib. Nəticədə “Araz Naxçıvan” cari mövsümdə ilk dəfə meydanı qələbəsiz tərk edib. Rəqibin qapısından hər iki topu futzalçımız Ülvi Əliyev (5:16, 32:22) keçirib.