Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının qarışıq komanda yarışları keçirilib.Final görüşü “Neftçi İdman Klubu 1” ilə “Atilla İdman Klubu 1” arasında keçirilib. Təmsilçimiz rəqibinə 4:3 hesabı ilə qalib gələrək komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb. Bürünc medal uğrunda görüşlərdə isə “Neftçi İdman Klubu 2” komandası  “Atilla İdman Klubu 2”ni 4:1 hesabı ilə məğlub edib və üçüncü yeri tutub.Xatırladaq ki, “Neftçi İdman Klubu”nun cüdoçuları fərdi yarışlarda çempionatın 17 medalına (8 qızıl, 4 gümüş, 5 bürünc) sahib olublar və həm kişilər, həm qadınlar arasında, eləcə də ümumkomanda hesabında birinci yeri tutublar.