Futzal üzrə Yüksək Liqada X turun oyunları keçirilir.”Olimpik Star”da təşkil olunan turun ilk və mərkəzi qarşılaşmasında “Neftçi İdman Klubu” “Record club” komandasını sınağa çəkib. Gərgin mübarizə şəraitində keçən görüşdə futzalçılarımız 4:3 hesabı ilə qələbə qazanıblar və təmsilçimiz qış fasiləsinə qələbəylə yollanıb. Komandamızın heyətində Rüstəm Bağırov (6′), Hasan Ali Jafari (8′), Asif Zeynalov (26′) və İlkin Hacıyev (35′) fərqləniblər.