Heydər Əliyev adına İdman Sarayında kişi idman gimnastikası və akrobatika gimnastikası üzrə 27-ci, qadın idman gimnastikası üzrə 6-cı birgə Bakı birinciliyi keçirilib.”Neftçi İdman Klubu”nun gimnastları da yarışda bacarıqlarını nümayiş etdiriblər.  İdmançılarımızdan Rahilə Şirəliyeva-Lalə Qarazadə cütlüyü  2007-2013-cü il təvəllüdlü qadın cütlükləri arasında keçirilən yarışda  üçüncü yeri tutub. Bu yaş qrupunda qarışıq cütlüklərdə Hüseyn Hüseynov və Zeynəb Nəzərzadədən ibarət cütlük gümüş medala layiq görülüb. Gültəkin Əmirova-Humay Tağıyeva cütlüyü yeniyetmələrdən ibarət qadın cütlüklərinin  mübarizəsində qalib olub. Sözügedən yaş qrupunun qarışıq cütlük yarışında isə Alixan Qasiyev və Emina Əhmədovadan ibarət cütlük eyni uğuru təkrarlayıb və turnirin qızıl medalına sahib olub.