“Sərhədçi” İdman Mərkəzində keçirilən ciu-citsu üzrə açıq Bakı şəhər kuboku yarışına yekun vurulub. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ciu-citsu Federasiyasının birgə təşkilatçılığı ilə gerçəkləşən turnirdə müxtəlif yaş qrupunda 265 idmançı birincilik uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun təmsilçisi Fuad Dadaşov (85 kq) yarışda inamla mübarizə apararaq bütün rəqiblərini məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.