Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirində qrup mərhələsinin altıncı turuna yekun vurulub. Yarışda B  qrupunda yer alan SOCAR komandası Ədliyyə Nazirliyinin kollektivi ilə üz-üzə gəlib. Xətaidəki “Azfar” stadionunda oynanılan və gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma sonda daha çox əzmkarlıq nümayiş etdirən  SOCAR  komandasının 3:2  hesablı qələbəsi ilə başa çatıb.Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə dövlət qurumları arasında keçirilən və 2023-cü il mayın 6-dək davam edəcək turnirin ilkin mərhələsində komandalar 4 qrupa bölünüb. Qrupların hər birində 13 komanda mübarizə aparır. Qrup mərhələsinə gələn il fevralın 26-da yekun vurulacaq. İlk səkkiz yeri tutan komandalar mübarizəni pley-off mərhələsində davam etdirəcək. Bir oyundan ibarət pley-offun qalibi olan komandalar ikinci mərhələyə yüksələcəklər. İkinci  mərhələyə yüksəlmiş 16 komanda 4 qrupa bölünəcək və qrup qalibi olan komandalar “Dördlər finalı”nda iştirak hüququ əldə edəcəklər. Bu mərhələdə qalib gələn komandalar birinci, məğlublar isə üçüncü yer uğrunda qarşılaşmada üz-üzə gələcəklər.