Taekvondoçular və parataekvondoçular arasında Azərbaycan birinciliyi və çempionatı keçirilib. Ölkəmizdə taekvondonun təbliği və inkişafı, idmançıların yarış təcrübəsinin, həmçinin ustalığının artırılması məqsədi daşıyan birincilik və çempionat Abşeron Olimpiya İdman Kompleksində təşkil olunub.”Neftçi İdman Klubu”nun təmsilçilərindən Yuliana Semihova (+59 kq) bütün döyüşlərdən qalib ayrılıb və yeniyetmələr arasında Azərbaycan çempionu titulunu qazanıb.Parataekvondoçularımız isə ölkə çempionatını 7 medalla başa vurublar. Onlardan Sabir Zeynalov (58 kq) və Əbülfəz Abuzərli (80 kq) rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər paralimpiyaçılarımız – Sadiq Həmidov (63 kq), Samir Əliyev (70 kq), Sərvan Məmmədli (80 kq) gümüş, Elimxan Manafov və Ayaz Hüseynli (hər ikisi 63 kq) isə bürünc medala layiq görülüblər.