Bakı Futbol
Federasiyasının iki yaş qrupu üzrə təşkil etdiyi 11-ci “Sabahın ulduzları”
paytaxt çempionatında 6-cı turun oyunları keçirilib.”İnter Arena”da təşkil
olunan yarışlarda “Neftçi İdman Klubu”nun hər iki
komandası iştirak edib. Bu tur çərçivəsində 10 yaşlı futbolçulardan ibarət
komandamız (U-10) “Qarabağ”la üz-üzə gəlib və oyunda heç-heçə qeydə alınıb –
2:2. Hazırda 16 xalı olan komandamız turnir cədvəlinin şəriksiz lideridir.11 yaşlılardan ibarət
komandamız (U-11) isə “Rəvan”ı qəbul edib və 3:2 hesabı ilə qalib gəlib.
Qazandığı qələbə ilə xallarının sayını 12-yə çatdıran komandamız turnir cədvəlinin
3-cü pilləsinə yüksəlib.