“Neftçi İdman
Klubu”nun sərbəst güləşçisi, London-2012 Yay Olimpiya Oyunlarının qalibi Toğrul
Əsgərov Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda keçirilən Milli
Olimpiya Komitələrinin Assosiasiyasının 20-ci Baş Assambleyasında
mükafatlandırılıb. Sərbəst güləşçimiz 20-ci Milli Olimpiya Komitələrinin Assosiasiyasının
Baş Assambleyasında Avropa qitəsi üzrə ən yaxşı kişi atleti adına layiq
görülüb.Qeyd edək ki, Milli
Olimpiya Komitələrinin Assosiasiyası 206 olimpiya komitələrini özündə birləşdirən
qurumdur. Bu təşkilatın Baş Assambleyasında müxtəlif
mühüm məsələlərin müzakirəsi ilə yanaşı, qitə oyunları üzrə ən yaxşı kişi və
qadın idmançıların da mükafatlandırılması keçirilir.