Respublika Olimpiya Mərkəzində 2006-2007-ci il təvəllüdlü idmançılar arasında atletika üzrə Bakı qış birinciliyi keçirilib. Yarışda idmançılar 60 m, 200 m, 400 m, 800 m və 1500 m  məsafəyə qaçış,  uzunluğa və hündürlüyə tullanma, eləcə də nüvəitələmə  növləri üzrə mübarizə aparıblar.”Neftçi İdman Klubu”nun təmsilçisi Nərmin Hüseynli nüvəitələmə üzrə yarışlarda mükafata layiq görülüb. Atletimiz 7 m 15 sm nəticə göstərərək paytaxt birinciliyinin gümüş medalına sahib olub.