Yanvarın 12-də startı verilmiş  21 yaşadək gənc cüdoçuların Bakı birinciliyi başa çatıb. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində təşkil olunan və iki gün davam edən yarışda paytaxtın 30 müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından ümumilikdə 166 cüdoçu 16 çəki dərəcəsi üzrə mübarizə aparıb.”Neftçi İdman Klubu”nun yetirmələri paytaxt birinciliyində uğurla çıxış edərək 7 medala (2 qızıl, 3 gümüş, 2 bürünc) yiyələniblər.Cüdoçularımızdan Elnur Qasilov (73 kq) və Məhəmməd Məmmədzadə (+100 kq) inamla mübarizə apararaq Bakı çempionu tituluna sahib olublar. Yalnız həlledici final qarşılaşmasından məğlub ayrılan Tariyel Şıxalıyev (73 kq), Aysun Salmanova (57 kq) və Leyla Atayeva (63 kq) gümüş medala layiq görülüblər. Digər idmançılarımız – Həsən Cəfərov (73 kq) və Sübhan Eyyubov (81 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.Qeyd edək ki, klubumuzun gənc cüdoçuları ümumkomanda hesabında ikinci yeri tutublar.