2009-2010, 2011-2012, 2015-ci il təvəllüdlü və daha kiçik yaşlı şahmatçılar arasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Neftçi İdman Klubu”nun birinciliyinə yekun vurulub. Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasının şahmat zalında təşkil olunan turnirdə 40-dan çox kiçikyaşlı zəka sahibi üç yaş qrupu üzrə mübarizə aparıb.Oğlanlar arasında 2009-2010-cu il təvəllüdlü idmançıların yarışında Məhəmməd Mustafayev, 2011-2012-ci il təvəllüdlülərdə İsmayıl Şəmsəliyev, 2015-ci il təvəllüdlü və daha kiçik yaşlı şahmatçılar arasında isə Emil Həmzəyev qalib adını qazanıb.Qızların mübarizəsində 2009-2010-cu il doğumlularda Xədicə Muradova, 2011-2012-ci il təvəllüdlülərdə Aylin Süleymanlı, 2015-ci il təvəllüdlü və daha kiçik yaşlı idmançılar arasında isə Nigar Əhmədova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Qalib və mükafatçılara “Neftçi İdman Klubu” tərəfindən diplom, medal və xatirə hədiyyələri təqdim edilib.Oğlanlar2009-2010-cu il təvəllüdlülər1. Məhəmməd Mustafayev2. Tərlan Hacıyev3. Əli Oruczadə2011-2012 – ci il təvəllüdlülər1. İsmayıl Şəmsəliyev2. Əli Musayev3. Xanlar Məmmədov2015-ci il təvəllüdlü və daha kiçik yaşlılar1. Emil Həmzəyev2. Yusif Kazımov3. Əli AbbasovQızlar2009-2010-cu il təvəllüdlülər1. Xədicə Muradova2. Gülgəz Rəhimli3. Səmayə Dadaşzadə2011-2012 – ci il təvəllüdlülər1. Aylin Süleymanlı2. Mehri Fətullalı3. Xədicə Məmmədova2015-ci il təvəllüdlü və daha kiçik yaşlılar1. Nigar Əhmədova2. Nəzakət Əhmədova3. Aliyə Əmirova