Macarıstanın Erd şəhərində sumo güləşi üzrə beynəlxalq turnir keçirilir.”Neftçi İdman Klubu”nun təmsilçisi Arif Şıxbabayev iki yaş qrupunda qüvvəsini sınayıb və hər iki yarışda yüksək nailiyyət əldə edib. Yüz kiloqram çəki dərəcəsində mübarizə aparan pəhləvanımız on səkkiz yaşadək idmançılar arasında bütün rəqiblərini məğlub edib və turnirin qalibi olub. O, iyirmi bir yaşadək gənclərin yarışında isə gümüş medala layiq görülüb.