Bu gün Azərbaycan Basketbol Liqasında XIV turun oyunlarına yekun vuruldu.Bu turda “Neftçi İdman Klubu” turnir cədvəlinə başçılıq edən NTD  komandası ilə üz-üzə gəldi. “Sərhədçi” İdman Mərkəzində təşkil olunan və sonadək gərgin mübarizə şəraitində keçən qarşılaşmada  basketbolçularımız əzm nümayiş etdirərək qələbəyə  daha  çox layiq olduqlarını sübut etdilər. Nəticədə komandamız güclü rəqibini 86:79 hesabı ilə məğlub etdi.Qarşılaşmada ən məhsuldar basketbolçular “Neftçi İdman Klubu”ndan Denis Cons (24 xal, 6 ribaund), NTD-dən isə Kuinton Kempbel (19 xal, 4 ribaund ) olub.