Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının  100 illiyinə həsr olunmuş minifutbol turniri davam edir. Yarışın qrup mərhələsində IX  tura  start verilib.B qrupunda yer alan SOCAR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komandası ilə qarşılaşıb. Səkkizinci mikrorayondakı  “Azfar” stadionunda keçirilən oyunda  gərgin idman mübarizəsi  müşahidə olunub. Daha əzmkar oyun nümayiş etdirən SOCAR komandası tədricən rəqibini üstələməyi bacarıb və 5:2 hesabı ilə qələbə qazanıb. Təmsilçimizin heyətində Ramil Mansurov het-trikə imza atıb. Cəmil Cəfərov və Elnur Hüseynov isə hərəyə bir dəfə rəqibi meydanın mərkəzinə dəvət ediblər.Qeyd edək ki, dövlət qurumları arasında keçirilən və mayın 6-dək davam edəcək turnirin ilkin mərhələsində komandalar 4 qrupa bölünüb. Qrupların hər birində 13 komanda mübarizə aparır. Qrup mərhələsinə fevralın 26-da yekun vurulacaq.