Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı şəhər qış birinciliyi sona yetib. 2008-2009-cu il təvəllüdlü idmançılar arasında keçirilən yarışda 110 idmançı bacarığını nümayiş etdirib. Birincilikdə atletlər 60, 200, 400, 800, 1500 metr məsafələrə qaçış, 4×200 metr məsafədə estafet qaçışı, uzunluğa, üçtəkanla tullanma, eləcə də nüvəitələmə yarışlarında mübarizə aparıblar.”Neftçi İdman Klubu”nun yetirmələri yarışı iki medalla başa vurublar. Qızların yarışında Nərmin Hüseynli nüvəitələmə növündə 7,55 metr nəticə göstərərək qalib adını qazanıb. Alina Maksimova (5 metr) isə paytaxt birinciliyinin gümüş medalına layiq görülüb.