Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III tura start verilib.”Neftçi İdman Klubu” bu tur çərçivəsində  MOİK-lə üz-üzə gəlib. Voleybol Mərkəzində təşkil olunan qarşılaşma komandamızın aşkar üstünlüyü şəraitində keçib. Nəticədə oyun voleybolçularımızın 3:0 (25:19, 25:19, 25:15) hesablı qələbəsi ilə başa çatıb.