SOCAR-ın dəstəyi, “Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesinin xanım işçiləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının  100 illiyinə həsr olunmuş voleybol turnirinə yekun vurulub.Beş gün davam edən və dairəvi sistem üzrə  keçirilən yarışın  qalibi “SOCAR Downstream” komandası olub. Sosial İnkişaf İdarəsi ikinci, “Azərkimya” İstehsalat Birliyinin komandası isə üçüncü yeri tutub.Qalib və mükafatçı  komandalara “Neftçi İdman Klubu” tərəfindən kubok, diplom və qiymətli xatirə hədiyyələri təqdim olunub.