Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirində qrup mərhələsinin X  turuna yekun vurulub. B qrupunda təmsil olunan SOCAR komandası Heydər Əliyev Mərkəzinin  kollektivi ilə üz-üzə gəlib. Doqquzuncu mikrorayondakı  “Azfar” stadionunda keçirilən oyunda  SOCAR komandası rəqibindən daha üstün oyun nümayiş etdirsə də, qələbə qazana bilməyib və  qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Komandamızın heyətində Elmir Bağırov fərqlənib.Qeyd edək ki, Mayın 6-dək davam edəcək turnirin ilkin mərhələsində komandalar dörd qrupa bölünüb. Qrupların hər birində 13 komanda yer alıb. Qrup mərhələsinə fevralın 26-da yekun vurulacaq. İlk səkkiz yeri tutan komandalar mübarizəni pley-off mərhələsində davam etdirəcəklər. Bu raundun oyunları martın 4-26-da təşkil olunacaq. İkinci mərhələyə yüksəlmiş 16 komanda dörd qrupa bölünəcək. Bu raundun oyunları aprelin 1-dən 23-dək keçiriləcək. Qrupun qalibi olan komandalar “Dördlər final”ına vəsiqə qazanacaqlar.