Respublika Olimpiya Mərkəzində atletika üzrə Azərbaycan çempionatı keçirilib.”Neftçi İdman Klubu”nun təmsilçiləri yarışın 4 medalına (2 qızıl, 1 gümüş, 1 bürünc) yiyələniblər. Atletlərimizdən Orxan Aslanov uzunluğa tullanmada 7,12 metr nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nazim Babayev üçtəkanla tullanma növündə 16,41 metr nəticə ilə eyni uğura imza atıb. Digər idmançılarımızdan Elmir Cəbrayılov 400 metr məsafəyə qaçışda (51,55 saniyə) gümüş, Aysel Rəhimli isə nüvəitələmə yarışında (7,15 metr) bürünc medal əldə edib.