Portuqaliyanın Almada şəhərində keçirilən cüdo üzrə Qran-pri turniri davam edir.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan cüdoçusu Elcan Hacıyev yarışın mükafatına layiq görülüb. Səksən bir kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız  turnirin  gümüş medalını qazanıb.Qeyd edək ki, Elcan Hacıyev 2022-ci ildə Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa birinciliyində  qızıl medala sahib olub.