Fransanın Orlean şəhərində
qılıncoynatma üzrə Avropa klubları arasında komanda yarışı keçirilib.Qitə
komandalarının yarışında ölkəmizi “Neftçi İdman Klubu”nun sablyaçıları Səbinə
Mikina, Fatimə İbrahimova, Sevil və Sevinc Bünyatova bacılarından ibarət dördlük təmsil edib. Dörddəbir finalda İngiltərənin
“London” klubunu 45:31 hesabı ilə məğlub edən qılıncoynadanlarımız,
yarımfinalda Polşanın “Varşava” komandası ilə bacarmayıblar – 40:45. Komandamız
Fransanın “Metro” klubu ilə birgə bürünc medala yiyələnib.